XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ölkə çempionatında 400-dən çox idmançı gücünü sınayır
İdman 11:26 / 09.03.2019

Bu gün Şağan Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan çempionatı start götürüb. Ölkə çempionatında müxtəlif bölgələri təmsil edən 40-dan artıq komandanın tərkibində 400-dən çox idmançı qüvvəsini sınayır. İdmançılar alpaqut Turan döyüş sənətinə daxil olan aypara, batur, çaymaz və qurşaq sistemləri üzrə mübarizə aparırlar. Ölkə çempionatına ilk dəfə Polis Akademiyasının komandası da qatılıb. Qalib idmançılar diplom və medallarla, komandalar isə kubokla təltif ediləcək.
Ölkə çempionatına sabah yekun vurulacaq.

20684 oxunub

InvestAZ