XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



Məşəl estafeti dəyişməyəcək
Olimpiya oyunları 11:26 / 20.08.2020

Tokio Yay Olimpiya Oyunlarının təşkilat komitəsi Olimpiadanın məşəl estafetinin miqyasını kiçiltməyəcək və ya cədvəlini dəyişdirməyəcək.
TASS agentliyinin yaydığı xəbərə görə, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb.
Məlumata görə, Yaponiya rəsmiləri məşəl estafetinin miqyasının azaldılmasının büdcə qənaətinə səbəb olmayacağına qərar veriblər. Eyni zamanda, dəyişikliklərin edilməsinin sponsorların və yerli hakimiyyət orqanlarının fəaliyyətinin koordinasiyasında problemlərlə nəticələnəcəyi bildirilib. Bununla belə, pandemiya ilə əlaqədar profilaktik və əyləncə xarakteri daşıyan tədbirlərlə bağlı müəyyən dəyişiklik edilə bilər.
Estafetin gələn il martın 25-də Fukuşima prefekturasında futbol təlimi mərkəzində başlaması planlaşdırılır. Tədbir 121 gün davam edəcək və məşəl Yaponiyanın 47 prefekturasında səyahətdə olacaq.
Koronavirusla bağlı yaranmış vəziyyətə görə, iyunda Tokio Olimpiadasının təşkilat komitəsi yarışın formatını sadələşdirməklə bağlı qərar verib. Oyunların formatının sadələşdirilməsi xərcləri azaltmaq və infeksiyanın yayılması riskini aşağı salmaqdır.
Tokio Olimpiadasının 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılır. Koronavirus pandemiyası səbəbindən yarışlar bir il sonraya təxirə salınıb. Yarış 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

57068 oxunub

InvestAZ