XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



“Yuventus”un​​ yeni​​ baş​​ məqçisi​​ müəyyənləşdi
İdman 13:37 / 09.08.2020

İtaliyanın​​ "Yuventus”​​ klubunun​​ yeni​​ baş​​ məqşçisinin​​ adı​​ açıqlanıb. İstefaya​​ göndərilən​​ Maurissio​​ Sarrinin​​ yerinə "Yuventus”un​​ sabiq​​ futbolçusu​​ Andre​​ Pirlo​​ gətirilib.​​ Qırx​​ bir​​ yaşlı​​ mütəxəssis​​ Turin​​ klubu​​ ilə​​ ikiillik​​ müqavilə​​ imzalayıb.

İtaliyanın​​ əfsanəvi​​ futbolçusu​​ 2011-2015-ci​​ illərdə "Yuventus”un​​ şərəfini​​ qoruyub.
M.Sarri "Yuventus"a 2019-cu il iyunun 16-dan rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda ardıcıl 9-cu mövsüm İtaliya çempionluğu əldə edib. Lakin ölkə kubokunun finalında "Qoca Sinyora" "Napoli"yə uduzub. Həmçinin klub avqustun 7-də UEFA Çempionlar Liqasında Fransanın "Lion” klubuna iki oyunun nəticəsinə əsasən (1:0, 1:2) məğlub olaraq mübarizəni dayandırıb.


20523 oxunub

InvestAZ