XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qadın futbolçu kişi klubuna transfer oldu
İdman 18:09 / 05.08.2020
Niderland Kral Futbol İttifaqı (KNVB) eksperiment keçirmək barədə qərar qəbul edərək qadınlara kişilərdən ibarət komandalarda oynamağa icazə verib.
Bu yenilik aşağı liqalardan birində tətbiq ediləcək.
İlk belə futbolçu 19 yaşlı Ellen Fokkema olacaq. O, "Foarut" klubunun heyətində kişilərin yarışında oynayacaq.
Aşağı liqadakı eksperimentdən sonra belə addımın gələcək inkişafı müzakirə olunacaq. KNVB-nın inkişaf üzrə direktoru Art Lanqeler qərarı belə şərh edib: "KNVB rəngarənglik və bərabərlik tərəfindən çıxış edir. Bu, hamıya və hər kəsə aid olmalıdır. Həm də bu, yaxşı idman tapşırığıdır ki, biz də onu bağlamaq istəmirik. Buna görə eksperimentə başlayırıq. Təcrübə ideyanın necə işləyəcəyini göstərəcək. Biz klubla sıx təmasda olacaq və işlərin necə getdiyini izləyəcəyik".

19422 oxunub

InvestAZ