XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



DFL: 36 klub azarkeşlərin istəyi ilə razılaşıb
İdman 15:17 / 05.08.2020
Almaniyada futbol çempionatlarının yeni mövsümdən azarkeşlərin iştirakı ilə keçirilməsi gözlənilir. Almaniya Klublar Birliyinin (DFL) bununla bağlı hazırladığı təklif paketi klublar tərəfindən qəbul olunub.
Birinci və ikinci Bundesliqadan 36 klub DFL-in videokonfrans formatında olan toplantısında azarkeşlərin tribunalara qayıtmasını dəstəkləyib.
Yeni qaydaya əsasən, stadiona ilin sonuna qədər ancaq ev sahibi komandanın azarkeşləri buraxılmalıdır. Bundan başqa, oktyabra 31-nə qədər ayaq üstə oyun izləyən azarkeş olmamalıdır və stadionda alkoqollu içkilərin satışına icazə verilməməlidir. 
DFL prezidenti Kristian Şeyfert isə toplantıda bildirib ki, yeni mövsümdən azarkeşlərin oyunlara buraxılması ilə bağlı son qərarı hər klubun təmsil olunduğu bölgənin yerli icra orqanı verəcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Almaniyada oyunlar may ayından azarkeşsiz keçirilib.


19342 oxunub

InvestAZ