XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Keçmiş futbolçu cəsusluqda ittiham olunur
İdman 18:29 / 07.07.2020

Ukraynanın keçmiş futbolçusu Vasili Vasilenko Rusiyanın paytaxtı Moskvada vətəninin xeyrinə casusluq ittihamı ilə həbs edilib.

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya hüquq-mühafizə orqanlarının iştirakı ilə Ukrayna vətəndaşı Vasilenko Vasili İvanoviçin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsində ("casusluq”) nəzərdə tutulmuş cinayətin törədilməsində əli olduğunu müəyyən ediblər. Ona qarşı ittiham irəli sürülüb və o, paytaxtın istintaq təcridxanalarının birində saxlanılır”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Qeyd edək ki, Vasili Vasilenko 1967-ci ildə Ukraynada anadan olub. Müdafiəçi mövqeyində çıxış edən V.Vasilenko, 1992-ci ildən 2001-ci illərdə Novotroitskinin "Tavriya”, Melitopolun "Torpedo” və Berdyanskinin​ "Dostluq” komandalarında çıxış edib.


20247 oxunub

InvestAZ