XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Fərid Qayıbov Türkiyə-Azərbaycan Gənclər və İdman Əməkdaşlıq İşçi Qrupunu qəbul edib 
İdman 11:24 / 18.06.2025

İyunun 17-də gənclər və idman naziri Fərid Qayıbov Türkiyə-Azərbaycan Gənclər və İdman Əməkdaşlıq İşçi Qrupunu qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gənclər və idman sahəsində də uğurla davam etdiyini vurğulayıb. Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu səmimi qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində işçi qrupunun əhəmiyyətini vurğulayıb.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi imkanları və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

Görüşdə Türkiyənin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Birol Akgün də iştirak edib.


11111 oxunub

InvestAZ