XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Triatlonçumuz Ukraynada ikinci oldu
İdman 16:22 / 06.07.2020

 ​Triatlon​​ üzrə​​ Azərbaycan​​ millisi​​ koronavirus​​ pandemiyası​​ ilə​​ bağlı​​ fasilədən​​ sonra​​ ilk​​ yarışda​​ iştirak​​ edib.​​ Azərbaycan Triatlon Federasiyasından verilən​ məlumata görə, mövsümün bərpası idmançımız üçün uğurlu alınıb.

Təmsilçimiz Rostislav Pevtsov 50 atletin iştirak etdiyi sprint üzrə Ukrayna açıq çempionatında qüvvəsini sınayıb. Ötən il Avropanın ən yaxşı triatlonçusu seçilən milliləşdirilmiş legioner gümüş medal əldə edib.
Qeyd edək ki, koronavirus üzündən planları pozulan triatlon yığmamız bir neçə aydır Ukraynada hazırlıq keçir. Millimiz avqustun 28-30-da Estoniyanın Tartu şəhərində Avropa çempionatına hazırlığı ölkə xaricində tamamlayacaq.


33297 oxunub

InvestAZ