XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Muay-tay Birinci MDB Oyunlarının proqramında
İdman 12:00 / 04.06.2020
İdmanın muay-tay növü Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək Birinci MDB Oyunlarının proqramına daxil edilib. Yaxın günlərdə milli komandanın bu yarışa hazırlıqları başlayacaq. MDB Oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, qol güləşi, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), atletika və basketbol növləri üzrə yarışlar keçiriləcək.
Yarışların loqotipi Simurq quşu, talismanı isə bəbirdir. Oyunların bu il avqustun 20-27-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilməsi planlaşdırılıb. Yarışlarda 11 ölkədən 14-23 yaşlarında 3,5 minə yaxın idmançının iştirakı gözlənilir.
Xatırladaq ki, Birinci MDB Oyunlarının keçirilməsi ideyası MDB Dövlət Başçıları Şurasının 2018-ci ildə Tacikistanda keçirilmiş iclasında təsdiqlənib.

20465 oxunub

InvestAZ