XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Paytaxtımız oktyabr ayında Avropa çempionatına ev sahibliyi edəcək
İdman 10:03 / 02.06.2020
"Bildiyiniz kimi aprel ayında paytaxtımızda sumo üzrə Avropa çempionatı keçirilməli idi. Biz bu yarışa çox ciddi hazırlaşmışdıq. Lakin mövcud pandemiya şəraiti ilə əlaqədar
olaraq, bir sıra idman yarışları kimi, Bakıdakı qitə çempionatı da təxirə salındı”. Bu sözləri "olimpiyadunyasi.com” və "olimpnews.az” saytına açıqlamasında Avropa Sumo Federasiyasının vitse-prezidenti, Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev bildirib.
"Artıq çempionatın keçiriləcəyi yeni tarix müəyyənləşib. Qitə çempionatının yeni tarixi ilə bağlı Avropa Sumo Federasiyasının prezidenti Dariuş Rozumla danışıqlar aparıldı. Mövcud şərait nəzərə alınaraq Avropa çempionatının vaxtı oktyabrın 23-25-i tarixlərinə keçirildi. Qeyd edim ki, bu il sentyabr ayının əvvəlində Polşada keçirilməsi planlaşdırılan dünya çempionatı da təxirə salınıb. Bu yarışın keçirilmə tarixi isə gələn ilin sentyabr ayına təyin olunub”, - deyə Samir Abdullayev bildirib.

16974 oxunub

InvestAZ