XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



FİBA mövsümü mərhələli şəkildə bərpa etməyi tövsiyə edir
İdman 13:15 / 27.05.2020

Beynəlxalq Basketbol Federasiyası (FIBA) öz saytında milli federasiyalar üçün koronavirus pandemiyasından sonra yarışların bərpası ilə bağlı tövsiyə xarakterli məlumat dərc edib. Təlimat FIBA-nın Tibbi Komissiyasının rəhbəri doktor Piter Harkort tərəfindən Tibbi Məsləhət Qrupu, eləcə də Oyunçular Komissiyası ilə müzakirə edildikdən sonra hazırlanıb.

Qurum mövsümü mərhələli şəkildə bərpa etməyi təklif edib. İlk mərhələdə məşqçilərin minimum dəstəyi ilə fərdi hazırlıq olmalıdır. Bundan sonra isə kollektiv məşqlərə başlamaq olar. Təlim-məşq toplanışının yarışın startından 3-6 həftə əvvəl başlaması məsləhət görülüb.
FIBA oyunların azarkeşlərin iştirakı ilə keçirilməsinə qarşıdır. Həmçinin matçların yenidən başlaması ilə bağlı bütün aktual problemləri yerli rəhbərliklə həll etməyi tövsiyə edib. Bundan başqa, qurum basketbolçuların koronavirus testindən keçirilməsinin vacib olduğunu bildirib.
Qeyd edək ki, bütün dünyada basketbol yarışları mart ayında pandemiya səbəbindən təxirə salınıb.


26277 oxunub

InvestAZ