Bu gün Almaniya Bundesliqasında 28-ci tura start verilib. Turun ən diqqətçəkən qarşılaşması "Siqnal İduna Park"da keçirilib. Boş tribunalarda keçirilən görüşdə süni azarkeş səsləri ilə derbi matçı maraqlı alınıb. Belə ki, lider "Bavariya" ən yaxın izləyicisi Dortmund "Borussiya"sının qonağı olub. Qarşılıqlı hücumlarla zəngin olan göruşdə oyunun müqəddaratını cəmi bir qol həll edib. 43-cü dəqiqədə Kimmixin qapıçı üzərindən aşırması "pivəçilər"ə qələbə sevinci bəxş edib. Bu nəticədən sonra "Bavariya" 64 xalla 1-ci, Dortmund "Borussiya"sı 57 xalla 2-ci, "Leyptsiq" 54 xalla 3-cüdür.
27399 oxunub