XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Əfsanə əfsanəyə qarşı"
İdman 17:08 / 23.05.2020
Keçmiş UFC çempionu Tito Ortis sabiq dünya çempionu Mayk Taysonu döyüşə çağırıb.
Bu barədə o, özünün "Instagram" səhifəsində bildirib.
"Əfsanə əfsanəyə qarşı. Biz nə vaxt bunu edəcəyik?”, - deyə Ortis iki idmançının kollaj edilmiş şəklini paylaşaraq sosial şəbəkədə yazıb.
Tito Ortis görüşü hansı idman növündə keçirmək istədiyini dəqiqləşdirməyib.
Ortis UFC çempionu tituluna 2000-2003-ci illərdə sahiblik edib. Hazırda o, qarışıq döyüş sənətləri qaydalarına uyğun olaraq çıxışlarını davam etdirir.
Bundan əvvəl Tayson Evander Hollifildlə döyüş keçirmək təklifini müsbət qarşılayıb.

19161 oxunub

InvestAZ