XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Memorialda ardıcıl 3 qələbə
İdman 10:15 / 16.05.2020
FIDE-nin və "chess24.com”un təşkilatçılığı ilə keçirilən blits üzrə onlayn Vilhem Steynits memorialında 6 turun oyunları keçirilib.
Qrossmeysterimiz Şəhriyar Məmmədyarov birinci turda çinli Bu Syanji ilə heç-heçə edib. İkinci turda rusiyalı Daniil Dubova, üçüncü turda norveçli dünya çempionu Maqnus Karlsenə uduzan təmsilçimiz son 3 turda ardıcıl qələbə qazanıb. Belə ki, rusiyalı Piter Svidler, vyetnamlı Le Quanq Liem, ABŞ şahmatçısı Cefri Ksionqu məğlub edən Ş.Məmmədyarov xalların sayını 3,5-ə çatdırıb. Ondan yarım xal irəlidə olan M.Karlsen turnir cədvəlində liderliyi ələ alıb.
Qeyd edək ki, həm açıq turnirdə, həm də qadınların yarışında 10 şahmatçı iki dövrədə mübarizə aparır.
On səkkiz turdan ibarət yarışın ümumi mükafat fondu 30 min avrodur. Mayın 17-dək davam edəcək turnir "chess24.com” şahmat platformasında oynanılır və birbaşa yayımlanır.

16324 oxunub

InvestAZ