XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



A seriyasında narazalıq yaranıb
İdman 15:13 / 15.05.2020

İtaliyanın A seriyasının 9 klubu məşqlərin mayın 18-də bərpa olunmasından imtina edib.

Buna klubların liqanın tətbiq edəcəyi tibbi prosedurlardan narazılığı səbəb olub.
Məşqlərdən imtina edənlər "Milan”, "İnter”, "Napoli”, "Fiorentina”, "Kalyari”, "Atalanta”, "Verona”, "Sampdoriya” və "Cenoa”dır. Onlar tibbi protokolda yer alan şərtlərdən narazıdır. Belə ki, qoyulan şərtə əsasən əgər klubun bir futbolçu və ya əməkdaşında koronavirus aşkarlanarsa bütün komanda 15 günlük karantinə yollanmalıdır.
İtaliya klubları məşq prosesinin Bundesliqa nümunəsi ilə bərpa olunmasını istəyir. Almaniyada yalnız koronavirusa yoluxan karantinə yollanır, digərləri isə müvafiq testdən keçir.


18291 oxunub

InvestAZ