XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Yeniyetmə cüdoçuların ölkə birinciliyi davam edir
İdman 15:11 / 15.01.2020

Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilir. Yarışın ilk günündə beş çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib. Samir Əlquliyev (-46 kq), Əlihümbət Qafarov (-60 kq), Vüqar Talıbov (-81kq), Könül Əliyeva (-48 kq) və Pərvanə Abdullayeva (-63 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq.
Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.

27014 oxunub

InvestAZ