XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Çempionlar Liqasının ilk oyun günü geridönüşlərlə yadda qaldı
İdman 13:50 / 06.11.2019

Ötən gün Çempionlar liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.
İlk oyun günüdə 4 qrupda 8 matç keçirilib. E qrupunda yer alan klublardan son çempion "Liverpul” Belçika təmsilçisi "Genk”ə qalib gəlib -2:1
Qrupun ikinci matçında "Napoli” öz meydanında "Salzburq”la bacarmayıb. Görüş 1-1 hesabı ilə başa çatıb.
Ölüm qrupu hesab edilən F qrupuda da maraqlı nəticələr qeydə alınıb. "Nou Kamp”da "Slaviya Praganı qəbul edən "Barselona” qələbə qazana bilməyib. Ernesto Valverdenin yetimələri iki həftə əvvəl qazandığı qələbəni təkrarlaya bilməyiblər. Tərəflərin çoxsaylı hücum cəhdlərinə baxmayaraq matçda hesab açılmayıb.
Qrupun digər oyununda Almaniyanın "Borussiya Dortmund” komandası doğma azarkeşlər önündə Milan "İnter”ini qəbul edib. Görüş bundestim təmsilçisinin əzimkar qələbəsi ilə başa çatıb – 3:2.
Çempionlar Liqasının G qrupunda Sankt-Peterburqun "Zenit” komandası öz meydanında "Leyptsiq”ə (Almaniya) məğlub olub -0:2. Qrupun digər oyununda isə "Lion” Fransada "Benfika”nı 3-1 hesabı ilə məğlub edib.
H qrupunun oyunları daha məhsuldar olub. Londonda "Ayaks”ı qəbul edən "Çelsi” hollandların müqavimətini qıra bilməyib. Frenq Lempardın rəhbərlik etdiyi komanda matç ərzində 1:4 hesabı ilə geri düşsə də, oyunun sonlarında hesabı bərabərləşdirməyə müvəffəq olublar. Beləliklə, "zadəganlar” matçda mükəmməl geridönüş edərək oyunu 4:4 hesabı ilə başa vurublar.
Qrupun digər matçı İspaniyada baş tutub. "Valensiya” klubu "Mestaliya”da "Lill”i qəbul edib. Matç "yarasalar”ın böyükhesablı qələbəsi ilə yekunlaşıb -4:1

19781 oxunub

InvestAZ