XƏBƏR LENTİ
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə yorğa atların çempionatı təşkil olunub
İdman 15:16 / 04.11.2019

 Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq "Yorğa atların Azərbaycan çempionatı" təşkil olunub. Yarışda paytaxtdan və digər bölgələrdən 50-yə yaxın yorğa at iştirak edib.
Yarışı federasiya prezidenti Elçin Quliyev də izləyib.
ARAF-ın prezidenti son illər ölkəmizdə atçılıq idmanının sürətlə inkişaf etdiyini bildirib. Federasiya prezidenti belə turnirlərin ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb, idmançılara uğurlar arzulayıb.
Çıxışdan sonra dərhal yarışa start verilib.
Altı yaş və daha yuxarı yorğa atların 1600 metr məsafəyə qaçışı ilə başlayan ilk yarış Sabirabaddan yarışa qatılan, sahibi Rəhman Nuriyev olan "Şimşək" ləqəbli at olub.
İkinci qaçış 3 və 4 yaş yorğalar arasında 1600 metr məsafəyə qaçış ilə davam edib. Bu qaçışın qalibi yarışa Gəncədən qatılan, sahibi Cavid Məmmədov olan "Qəmlo" ləqəbli at tutub.
Üçüncü qaçışda 9 yaş yorğa at öz gücünü sınayıb. Bu qaçışda isə, qalib çempionata Gəncədən qatılan, sahibi Müzadil Həsənov olan "Şəbdiz" ləqəbli at olub.
Dördüncü qaçışda 6 yaş və yuxarı yorğalar arasında 2400 metr məsafədə baş tutub. Qaçışın nəticəsinə görə birinci yerə Müşfiq Əliyevə məxsus "Kabus" ləqəbli at çıxıb.
Beşinci qaçış 7 yaş və yuxarı yorğa atların 3200 metr məsafəyə qaçışı ilə davam edib. Bu yarışın nəticəsində qalib çempionata Gəncədən qatılan, sahibi Samir Əliyev olan "Sapsan" ləqəbli at olub.
Nəhayət, "Yorğa atların Azərbaycan çempionatı"nın son qaçışı 7 yaş və yuxarı yorğa axta atların 3200 metr məsafəyə qaçışı ilə yekunlaşıb. Bu yarışda qalib yarışa Laçından qatılan, sahibi Xətai Ələkbərli olan "Qarabağ əsəri" ləqəbli at olub.
Yarışın qaliblərinə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və federasiyanın vitse-prezidenti Elşad Abbasov tərəfindən diplomlar və kuboklar təqdim edilib.
Altı qaçışdan təşkil olunan yorğa atların çempionatının ümumi mükafat fondu 7700 manat təşkil edib.

18422 oxunub

InvestAZ