XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Milli komandamızın lideri qızıl mükafata layiq görülüb
İdman 10:34 / 28.10.2019


Sablya üzrə milli komandamızın lideri Anna Başta Tbilisidə keçirilən "Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb. Qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançımız 1/8 finalda tunisli Ben Çaabane Amiraya 15:4 hesabı ilə qalib gəlib. A.Başta 1/4 finalda Özbəkistan idmançısı Paola Pliegonu 15:5 hesabı ilə məğlub edib.
Təmsilçimiz yarımfinalda Türkiyə təmsilçisi İrina Şçuk üzərində 15:10 hesablı qələbə əldə edib, finalda Teodara Kaxianini (Gürcüstan) 15:12 hesabı ilə üstələyib. Digər sablyaçılarımızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini asanlıqla adlayıblar. S.Bünyatova qrupda 5, S.Kərimova və V.Bolşakova isə 4 qələbə qazanıblar. V.Bolşakova 1/8 finalda Teodara Kaxianiyə 12:15 hesabı ilə uduzub. S.Kərimova isə bu mərhələdə türkiyəli sablyaçı Kose Fatma Zəhraya 11:15 hesabı ilə məğlub olub. S.Bünyatova 1/8 finalda Paola Pliego ilə görüşü 9:15 hesabı ilə geridə bitirib. Qrup mərhələsini 1 qələbə ilə başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb. Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.

24034 oxunub

InvestAZ