XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şahmat və dama yarışlarına yekun vurulub
İdman 11:00 / 29.10.2019


"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə 2019-ci ilin oktyabr-dekabr aylarında orta-ixtisas təhsil müəssisələri tələbələri arasında XIV Respublika Spartakiadası keçirilir. Spartakiadanın təqvim planına idmanın 6 növü - atletika, şahmat, dama, basketbol, voleybol, stolüstü tennis üzrə yarışlar daxil edilib.
Spartakiadanın proqramına daxil olan şahmat və dama yarışlarına yekun vurulub. 6 komandanın iştirak etdiyi qızların dama yarışlarında Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri birinci yeri tutublar. Bakı İdarəetmə və Texnologiya Kolleci və Bakı 2 Saylı Baza Tibb Kollecinin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerə sahib çıxıb. Oğlanların dama yarışlarında da 6 komanda qalib adı uğrunda mübarizə aparıb.
Bakı 2 Saylı Baza Tibb Kollecinin təmsilçiləri bütün komandaları üstələyərək birinci olublar. Azərbaycan Dövlət Pedaqoji Kolleci ikinci, Bakı İdarəetmə və Texnologiya Kolleci isə üçüncü yeri tutub.
Oğlan və qızlar arasında keçirilən spartakiadanın şahmat yarışlarında da 6 komanda birincilik uğrunda mübarizə aparıb. Qızların mübarizəsində Azərbaycan Dövlət Pedaqoji Kolleci birinci yerə sahib çıxıb. Bakı İdarəetmə və Texnologiya Kolleci və Bakı 2 Saylı Baza Tibb Kollecinin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Oğlanların yarışında Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri birinci yerə layiq görülüblər. Bakı 2 Saylı Baza Tibb Kollecinin komandası ikinci, Bakı Rabitə və Nəqliyyat Kollecinin tələbələri isə üçüncü olublar.

19015 oxunub

InvestAZ