XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Cüdoçularımız Sloveniyada 6 medalla qayıdırlar
İdman 10:28 / 20.10.2019

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak ediblər. 40 kiloqram çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar. Digər təmsilçilərimiz Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq) gümüş, Nərmin Əmirli (+70 kq) isə bürünc medal qazanıblar.
Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.

17702 oxunub

InvestAZ