XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Rusiya prezidenti Qran-prinin Sankt-Peterburqda keçirilməsi ideyasını dəstəkləyir
İdman 12:12 / 27.09.2019

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Formula 1 yarışlarının Rusiya Qran-prisi mərhələsinin Soçidən Sankt-Peterburqa keçirilməsi məsələsini şərh edib.
Bir qədər əvvəl yayılmış məlumata görə, Putin Formula 1 yarışlarının Rusiya Qran-prisi mərhələsinin Soçidən Sankt-Peterburq ətrafındakı yeni avtodroma keçirilməsi ideyasını dəstəkləyib.
"R-sport” Dmitri Peskovun bu sözlərini sitat gətirib: "Bu məsələ gündəlikdə deyil”.
Soçidə Rusiya Qran-prisi Formula1 yarışlarının təqvimində 2014-cü il mövsümündə yaranıb. Bu yarışların keçmiş rəhbəri Berni Ekklstoun hələ Soçi ilə müqavilə bağlanana qədər Rusiya mərhələsinin Sankt-Peterburqda keçirilməsinin mümkün olub-olmaması ilə maraqlanırdı.

19078 oxunub

InvestAZ