XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qrossmeysterimiz bu gün yarımfinal görüşünə çıxacaq
İdman 11:09 / 26.09.2019

Sentyabrın 26-da Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin yarımfinal mərhələsinin birinci partiyaları oynanılacaq.
bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşe-Laqrav ilə üz-üzə gələcək.
T.Rəcəbov dörddəbir final mərhələsində ABŞ təmsilçisi Cefferi Xionqi məğlub edərək yarımfinala yüksəlib.
Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov isə səkkizdəbir finalda komanda yoldaşı T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.
FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

24820 oxunub

InvestAZ