XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Derbidə qalib məlum olmadı
İdman 16:16 / 25.09.2019

Sentyabrın 23-də futbol üzrə Türkiyə Superliqasının V turunun son qarşılaşmasında "Başakşəhər" səfərdə "Beşiktaş"ın qonağı olub.
"Vodafon Park" arenada baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalsa da, birinci hissədə qapılara qol vurulmayıb. Hesabı görüşün 55-ci dəqiqəsində "Başakşəhər" açıb. Enzo Krivelli çərçivəni dəqiq nişan alıb. Lakin 84-cü dəqiqədə meydan sahiblərinin əziyyəti öz bəhrəsini verib. Burak Yılmaz on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesaba tarazlıq gətirib 1:1. Beləliklə, "Beşiktaş" və "Başakşəhər" görüşündə qalib müəyyənləşməyib.
Turun digər oyununda "Trabzonspor" klubu "Sivasspor"a 2:1 hesabı ilə məğlub olub.
Bu oyundan sonra "Beşiktaş" çempionatda 5 xalla 11-ci pillədə qərarlaşıb.

20191 oxunub

InvestAZ