XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Barselona”öz meydanında “Villyareal”dan üstün çıxış edib
İdman 15:45 / 25.09.2019

Sentyabrın 25-də İspaniya La Liqasının altıncı turuna start verilib.
Turun ilk oyun günündə üç qarşılaşma olub.
La Liqanın azarkeşlərinin diqqəti son çempion "Barselona”nın oyununa yönəlib. Beşinci turda səfərdə "Qranada” klubuna məğlub olan Kataloniya təmsilçisi öz meydanında "Villyareal”ı qəbul edib.
Görüşə üstün başlayan "Barselona” matçın 6-cı və 15-ci dəqiqələrində iki dəfə fərqlənərək hesabda önə keçib. Antuan Qrizman və Artur fərqləniblər. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış qonaqlar hesab arasında fərqi azaldıb. Santi Kazorla adını tabloya yazdırıb.
Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Bu qələbə sayəsində xalların sayını 10-a çatdıran "Barselona” turnir cədvəlində dördüncü yerə yüksəlib. "Villyareal” isə 8 xalla doqquzuncu yerdə qərarlaşıb.
Günün digər oyununda "Real Betis” öz meydanında "Levante”dən üstün olub - 3:1. "Real Valladolid” "Qranada” oyununda qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, turun qalan oyunları 25-26-da keçiriləcək.

24267 oxunub

InvestAZ