XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Yuventus” liderdir
İdman 14:15 / 25.09.2019

Sentyabrın 25-də İtaliya A Seriyasının beşinci turuna start verilib.
Turun açılış görüşündə son çempion "Yuventus” səfərdə "Breşiya” komandasının qonağı olub.
Görüş "Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Turin təmsilçisinin heyətində Jhon Chancellor (avtoqol) və Miralem Pyaniç, "Breşiya” isə Alfredo Donnarumma fərqləniblər.
Bu qələbə sayəsində xalların sayını 13-ə çatdıran "Yuventus” turnir cədvəlində liderliyi ələ alıb. "Breşiya” isə 6 xalla 11-ci yerdə qərarlaşıb.
Turun ilk oyun gününün ikinci qarşılaşmasında "Verona” "Udineze” üz-üzə gəliblər. Həmin görüş də heç-heçə olub.

22977 oxunub

InvestAZ