XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Çelsi” müdafiəçisi rəsmən “Roma”da
İdman 14:36 / 23.08.2019


İngiltərənin "Çelsi” klubu müdafiəçisi Davide Zappakostanı İtaliyanın "Roma” klubuna icarəyə verib.
"Roma” 27 yaşlı cinah müdafiəçisini bir ildən sonra transfer etmək şərti ilə bir mövsüm üçün icarəyə götürüb. Paytaxt təmsilçisi "Çelsi”yə birillik icarəyə görə, 3.4 milyon avro ödəyəcək. İtaliyalı oyunçu artıq yeni klubunda tibbi müayinədən də keçib.
Qeyd edək ki, Zappakosta 2017-ci ildən "Çelsi”nin formasını geyinir. O, bu il London təmsilçisinin heyətində finalı Bakı Olimpiya Stadionunda reallaşan UEFA Avropa Liqasının qalibi olub. Həmin görüşdə "Çelsi” İngiltərənin digər klubu "Arsenal”ı 4:1 hesabı ilə üstələyib.

20716 oxunub

InvestAZ