XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avroliqaya 21 qarşılaşma ilə start veriləcək
İdman 11:15 / 22.08.2019


Avqustun 22-də UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
Mərhələnin birinci oyun günündə 21 qarşılaşma oynanılacaq.
Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Qarabağ” klubu səfərdə Şimali İrlandiyanın "Linfild” komandası ilə qarşılaşacaq. Belfastdakı "Uindzor Park” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Türkiyənin "Trabzonspor” klubu da ilk oyununu səfərdə keçirəcək. Ünal Karamanın baş məşqçisi olduğu kollektiv Yunanıstanın AEK komandası ilə üz-üzə gələcək.

Günün digər oyunları aşağıdakılardır:

"Astana” (Qazaxıstan) - BATE (Belarus);

"Ararat” (Ermənistan) – "Düdelanj” (Lüksemburq);

"Malmö” (İsveç) - "Bney Yehuda” (İsrail);

"Suduva” (Litva) – "Ferentsvaroş” (Macarıstan);

"Feyenoord” (Hollandiya) - "Hapoel Bier-Şeva” (İsrail);

"Ludoqorets” (Bolqarıstan) – "Maribor” (Sloveniya);

"Kopenhagen” (Danimarka) – "Riqa” (Latviya);

"Legiya” (Polşa) - "Reyncers” (Şotlandiya);

"Alkmaar” (Hollandiya) - "Antverpen” (Belçika);

"Styaua” (Rumıniya) – "Vitoriya Gimaraeş” (Portuqaliya);

"Gent” (Belçika) - "Riyeka” (Xorvatiya);

"PSV Eyndhoven” (Hollandiya) - "Apollon” (Kipr);

"Strasburq” (Fransa) - "Ayntraxt” (Almaniya);

"Braqa” (Portuqaliya) – "Spartak” (Rusiya);

"Seltik” (Şotlandiya) - AİK (İsveç);

"Espanyol” (İspaniya) - "Zarya” (Ukrayna);

"Partizan” (Serbiya) – "Molde” (Norveç);

"Slovan” (Slovakiya) - PAOK (Yunanıstan);

"Torino” (İtaliya) - "Vulverhempton” (İngiltərə).

Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

23820 oxunub

InvestAZ