XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Macarıstandan iki medalla
İdman 14:10 / 21.08.2019

Avqustun 20-də Macarıstanın Kişkunfeledhaza şəhərində Azərbaycanın yeniyetmə stolüstü tennisçilərinin də qatıldıqları mini kadetlər üçün təşkil olunmuş təlim-məşq toplanışı və beynəlxalq turnir başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxalq Stolüstü Tennis Federasiyasının "Avrotalant” (İstedad axtarışı) layihəsi çərçivəsində keçirilən turnirdə Avropanın müxtəlif ölkələrindən 50-dən artıq idmançı beynəlxalq dərəcəli münsiflər heyəti qarşısında bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası turnirdə 6 idmançı (3 qız, 3 oğlan) ilə təmsil olunub. Qızlar arasında keçirilən yarışda Mərziyyə Nürmətova gümüş, Aylin Əsgərova isə bürünc medal qazanıblar. Komandamızın digər üzvü Arzu Aslanova isə turniri dördüncü yerdə başa vurub. Oğlanlar arasında mübarizə aparan Hüseyn Eylazov 5-ci, Adil Əhmədzadə isə 6-cı yerlə kifayətləniblər.
Qeyd edək ki, "Avrotalant” layihəsi çərçivəsində keçirilən turnir və təlim-məşq toplanışının məqsədi milli assosiasiyaların idmançıları arasında ən istedadlı gəncləri seçib onlara dəstək olmaqdır.


18306 oxunub

InvestAZ