XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İtaliyanın avtmobil idman iki yubileyi qeyd edir
İdman 11:17 / 21.08.2019

İtaliyanın avtomobil idmanı bu il iki dəyirmi tarixi qeyd edir: "Scuderia Ferrari”nin yaradılmasının 90 illiyini və Montsada İtaliya Qran-prisinin 90 illiyini.
Bununla əlaqədar olaraq, "Ferrari” və İtaliyanın ACI avtomobil klubu sentyabrın 4-də Milanda həmin yubileylərə həsr olunmuş sərginin təşkil olunacağını elan ediblər.
Milanın əsas meydanında - Piazza Duomoda müxtəlif dövrlərə aid yürüş və yol maşınlarının sərgisi təşkil ediləcək. Bu avtomobillərin bir hissəsi paradda iştirak edəcək. Təşkilatçılar vəd edirlər ki, tamaşaçılar Entso Ferrarinin komandasına ilk qələbəni qazandıran pilotun - Tatsio Nuvolarinin "Alfa Romeo 8c” avtomobilini görəcəklər. Bundan əlavə, meydanda Ferrarinin "Alfa Romeo” ilə əməkdaşlığı dayandırandan sonra yaratdığı ilk maşın -1940-cı ilin buraxılışı olan "Auto Avio Costruzioni” nümayiş etdiriləcək.
Eksponatlar arasında Niki Laudanın "Ferrari 312T”, Mixail Şumaxerin "Ferrari F2002”, bu il Le-Manedə qalib gəlmiş "Ferrari 488 GTE” və italyan şirkətinə məxsus olan digər bahalı maşınlar var.
Tədbirdə "Ferrari” Gənclər Akademiyasının pilotları – Mik Şumaxer, Kallum İlott, Culiano Alezi, Robert Şvartsman və Markus Armstronq da iştirak edəcəklər. Formula 1 komandasını Mattia Binotto, Sebastyan Fettel və Şarl Lekler təmsil edəcəklər.

19578 oxunub

InvestAZ