XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Fransa çempionatında ikinci turun oyunları keçirilib
İdman 10:29 / 19.08.2019

Avqustun 18-də futbol üzrə Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib.
Ötən mövsümün çempionu "Paris Sen-Jermen” səfərdə "Renn” klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 36-cı dəqiqədə "Paris Sen-Jemen” Edison Kavaninin sayəsində açsa da, ardıcıl iki qol buraxan paytaxt təmsilçisi yeni mövsümün ikinci turunda məğlubiyyətlə üzləşib. Meydan sahiblərinin heyətində Mbaye Niyanq (44) və Romain Del Kostillo (48) fərqlənməyə nail olublar.
Qeyd edək ki, "Paris Sen-Jermen” birinci turda "Nimes” klubunu məğlub etmişdi (3:0).
Növbəti turda "Paris Sen-Jemen” doğma meydanda "Tuluza” klubunu qəbul edəcək, "Renn” isə səfərdə "Strasburq”un qonağı olacaq.
Üçüncü turun görüşləri avqustun 24, 25, 27 və 29-da keçiriləcək.

19046 oxunub

InvestAZ