Bu gün Quba Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə start veriləcək.
Olimpiyadunyasi.com xəbər verir ki, iki gün davam edəcək yarışda 12 ölkədən 354 (213 oğlan, 141 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Komandamız doğma azarkeşlər önündə keçirilən yarışda 141 (100 oğlan, 41 qız) idmançı ilə təmsil olunur.
Xatırladaq ki, yeniyetmə cüdoçuların bir araya gəldiyi Avropa Kuboku yarışı daha əvvəl, 2023-2024-cü illərdə Göygöl Olimpiya Kompleksində təşkil edilmişdi.
275 oxunub