XƏBƏR LENTİ
10 May 2025
09 May 2025
08 May 2025



Azərbaycan futzal millisi bu gün İsveçlə qarşılaşacaq
İdman 14:13 / 11.04.2025

Bu gün Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti sınağına çıxacaq. Vitali Borisovun baş məşqçisi olduğu yığmamız turnirin V turu çərçivəsində səfərdə İsveç millisi ilə qarşılaşacaq.

Oyun İsveçin "Helsinqborq Arena"sında keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Hazırda V qrupda mübarizə gərgin şəkildə davam edir. Beş oyundan sonra Xorvatiya topladığı 12 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Yunanıstan 7 xalla ikinci pillədə qərarlaşdığı halda, Azərbaycan 2 xalla üçüncü, İsveç isə cəmi 1 xalla sonuncu - dördüncü yerdədir.



1569 oxunub

InvestAZ