XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Aleksandr Antipovun xatirəsinə həsr olunmuş Memoriala yekun vurulub
İdman 20:39 / 26.02.2025

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Atletika” İdman Klubunun təşkilatçılığıilə Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq turnir keçirilib.

Bakı Atletika Mərkəzində keçirilən Memorialda yerli idmançılarla yanaşı, Qazaxıstan, Özbəkistan və Saxa Respublikasından 45 atlet mübarizə aparıb.

60 metr məsafəyə qaçışda kişilərin mübarizəsində Həmid Nəbiyev, qadınların yarışında isə Lamiyə Vəliyeva qalib olub.

Üçtəkanla tullanmada Rüstəm Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Uzunluğa tullanmada isə Kəsgin Abbaszadə bütün rəqiblərini qabaqlayıb. HəmçininU-18 yaş kateqoriyasında müxtəlif növlərdə və yakut tullanmaları üzrə qaliblər müəyyənləşib.


3233 oxunub

InvestAZ