XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Dünya çempionatı: Zəka sahiblərimizdən uğurlu başlanğıc 
İdman 10:33 / 26.02.2025

Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatında birinci turun partiyaları oynanılıb.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan şahmatçılarından Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova ilk turda qələbə qazanıb. Digər zəka sahibimiz Lalə Hüseynova isə birinci turu məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, 61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.


3122 oxunub

InvestAZ