XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Azərbaycan Elektron İdman Növləri Federasiyasına yeni prezident seçilib
İdman 15:18 / 24.02.2025

Gənclər və İdman Nazirliyində Azərbaycan Elektron İdman Növləri Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib. 

Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarına görülən işlər barədə məlumat verib.

Federasiya prezidenti Adil Mahmudov isə tarixi gənc olan idman növü üzrə keçirilmiş yarışlar haqqında danışıb. Bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib.

Sonra Azərbaycan Elektron İdman Növləri Federasiyasının İcraiyyə Komitəsinə yeni seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, növbəti 4 il müddətinə Oqtay Qasımzadə federasiyanın prezidenti, Siyavuş Hüseynov vitse-prezidenti, Hadı Rəcəbli, Ramin Əliyev və Məmməd Əlizadə İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət Təftiş Komitəsinə seçkilər keçirilib. Ənvər Hüseynov sədr, Fərid Azayev və Adil Mahmudov isə üzv seçiliblər.


3401 oxunub

InvestAZ