XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Boksçularımız beynəlxalq turnirdə mübarizəyə başlayıblar
İdman 12:02 / 24.02.2025

Fevralın 24-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq "Strandja” turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasındanverilən məlumata görə, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparır.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov, Yadigar Əliyev (hər ikisi 51 kq), Amin Məmmədzadə (54 kq), Zəlimxan Süleymanov (57 kq), Maqsud Xasmetov (60 kq), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, Zaur Qəhrəmanov (hər ikisi 67 kq), Sərxan Əliyev, Nicat Həsənov (hər ikisi 71 kq), Rasim Çobanlı, Mirşərif Kazımzadə (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib.

Turnirdə ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edir.


3361 oxunub

InvestAZ