XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Gimnastlarımız Bakıdakı Dünya Kubokunu 3 medalla başa vurublar
İdman 00:34 / 24.02.2025

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna yekun vurulub.

İki gün davam edən yarışda 15 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə mübarizə aparıblar.

Azərbaycan gimnastları Dünya Kubokunu 3 medalla başa vurublar. Tamblinq üzrə millinin üzvlərindən Adil Hacızadə qızıl, Tofiq Əliyev isə gümüş mükafata sahib çıxıb.

Turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış ediblər. Bu növ üzrə Selcan Mahsudova və Əli Niftəliyev cütlüyü bürünc medala yiyələnib.

Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda 9 idmançı ilə təmsil olunub.



3268 oxunub

InvestAZ