XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Bu gün Misli Premyer Liqasında 24-cü tura təxirə salınmış oyunla yekun vurulacaq
İdman 11:22 / 24.02.2025

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIV tura yekun vurulacaq.

Tur ötən gün güclü qar səbəbindən təxirə salınmış "Zirə” – "Kəpəz” oyunu ilə başa çatacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq.

Bakı klubu hazırda turnir cədvəlində 42 xalla üçüncü, Gəncə təmsilçisi isə 19 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Araz-Naxçıvan” "Səbail”lə 0:0, "Qarabağ” "Sabah”la 1:1 hesablı heç-heçə edib. ”Turan Tovuz” "Şamaxı”ya, "Neftçi” isə "Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.


3423 oxunub

InvestAZ