Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIV turun oyunlarına start veriləcək. İlk oyun günündə bir qarşılaşma təşkil olunacaq."Neftçi” klubu doğma meydanda "Sumqayıt”ı qəbul edəcək."Neftçi Arena” təşkil olunacaq oyun saat 19:00-da başlayacaq.
Hazırda Bakı klubu turnir cədvəlində 24 xalla 6-cı, Sumqayıt təmsilçisi isə 22 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri fevralın 22 və 23-də oynanılacaq.