XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Badminton millimizin Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb
İdman 16:31 / 11.02.2025

Azərbaycanın badminton millisinin qarışıq komandalar arasında Avropa çempionatının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, I qrupda yer alan yığma ilk olaraq İngiltərə ilə qarşılaşacaq.

Millinin növbəti rəqibi İspaniya, sonuncu dueli isə Danimarkaya qarşı olacaq. Görüşlər müvafiq olaraq 12,13 və 14 fevral tarixlərində reallaşacaq. Hər üç matç saat 10:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçiriləcək Avropa çempionatı fevralın 12-dən 16-dək Bakı İdman Sarayında təşkil olunacaq. Turnirdə ümumilikdə 8 komanda mübarizə aparacaq. Qruplarda ilk 2 yeri tutan yığmalar yarımfinala vəsiqə qazanacaqlar. Digər qrupda Fransa, Almaniya, Çexiya və Niderland milliləri yer alıb.


4676 oxunub

InvestAZ