XƏBƏR LENTİ
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Azərbaycan çempionatı yekunlaşdı
İdman 23:21 / 26.01.2025

Yanvarın 25-26-da ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətindən verilən məlumata görə,Şüvəlanda yerləşən Ağırlıqqaldırma Akademiyasında təşkil olunanyarışda mübarizəyə ilk olaraq qadın atletlər başlayıblar.İlk gündə Nuray Əbilova (45 kq), Nazilə Məmmədova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59), Lalə Əzizli (64 kq), Aytən Əliyeva (71 kq), Arzu Qədiomova (76 kq) Rahilə Hüseynzadə (81 kq), Ələmgül Yusifzadə (87 kq), Mələk Hüseynli (+87 kq) Azərbaycan çempionu adını qazanıblar.

Yarışıpn ikinci günündə daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib. Səid Mahmudov (55 kq), Amin Osmanov (61 kq), Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Elxan Əliquluzadə (81 kq) bütün rəqiblərini üstələyərək qızıl medallara layiq görülüb.

İdmançılara mükafatları Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, AAF-ın İdarə Heyətinin üzvləri Maksim Cavadov və Fəxri Mehdiyev təqdim edib.


15419 oxunub

InvestAZ