XƏBƏR LENTİ
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



ABF və FIBA Çempionlar Liqasının rəsmiləri arasında görüş olub
İdman 20:14 / 07.01.2025

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və digər federasiya rəsmiləri ilə qitənin önəmli klub turnirlərindən biri sayılan FIBA Çempionlar Liqasının rəsmi şəxsləri arasında görüş keçirilib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumat görə, federasiya prezidenti Azərbaycan Basketbol Liqasının (ABL) ildən-ilə artan keyfiyyətindən, ölkəmizdə basketbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və hazırlanan yeni layihələr barədə danışıb.

Qarşılıqlı fikir mübadiləsi əsasında keçirilmiş görüşdə qurum rəhbəri əsas və müxtəlif yaş qrupları üzrə milli komandalar səviyyəsində görülən işlərdə FIBA-nın göstərdiyi dəstəyə görə rəsmilərə minnətdarlığını bildirib.

FİBA Çempionlar Liqasının rəsmiləri də öz növbələrində Azərbaycanda basketbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirləri və başda "Sabah" klubu olmaqla klub basketbolunun da artan xətlə yüksəlişini qiymətləndirərək ABF-nin qarşıdakı illərdə də bu istiqamətdə fəaliyyətini yüksək səviyyədə davam etdirəcəyinə inandıqlarını bildiriblər.


16022 oxunub

InvestAZ