XƏBƏR LENTİ
20 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Paris-2014-ün medalı bərbad vəziyyətə düşdü
İdman 23:37 / 29.12.2024
Paris-2024 Yay Olimpiya Oyunlarının üzgüçülük üzrə 4x100 metrlik estafet yarışlarının bürünc mükafatçısı fransalı Yoan Ndoye-Brouard sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət mərkəzinə düşüb. 
Belə ki, idmançının paylaşımında qazandığı Olimpiya medalının dörd ay ərzində rəngini itirərək bərbad vəziyyətə düşdüyü görülüb.  
Olimpiya mükafatçısı paylaşdığı Olimpiya medalı şəklinin altından ironiya ilə "Paris-1924” sözlərini yazıb.
Paylaşıma dərhal reaksiya verən yarış təşkilatçıları isə idmançıya bərbad hala düşən mükafatın yeni medalla əvəzlənəcəyini qeyd ediblər.
"Medallar Olimpiya Oyunlarını ən çox arzulanan və idmançılar üçün ən qiymətli əşyalarıdır. Keyfiyyətsiz hala düşmüş medallar sistematik olaraq yeniləri ilə əvəz olunacaq”, – deyə Paris-2024 Yay Olimpiya Oyunlarının  təşkilatçıları "L’Equipe”-ə açıqlamasında bildiriblər. 


15201 oxunub

InvestAZ