XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Seuldan 2036-ci il Yay Olimpiya Oyunlarına doğru daha bir addım
İdman 16:56 / 28.12.2024

Cənubi Koreya 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün Seul şəhərinin namizədliyini irəli sürüb.

Potensial Olimpiya məkanları ilə bağlı protokola əsasən şəhər müvafiq yoxlamalardan keçib.

Cənubi Koreya İdman Sənayesi İnstitutunun (KİSS) apardığı araşdırma nəticəsində tədbirin iqtisadi əlverişliliyi təsdiqlənib.

Seul şəhərinin meri Oh Se-hoon bu yaxınlarda "Facebook”dakı postunda vurğulayıb ki, Cənubi Koreya gücünü və görüntüsünü nümayiş etdirməklə Olimpiya Oyunları tarixində yeni bir səhifə açmağa layiqdir.

Xatırldaq ki, Seul 1988-ci ildə də Olimpiya Oyunlarına ev sahibliyi edib.



6573 oxunub

InvestAZ