XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



"Top 8" turnirində qaliblər müəyyənləşdi
İdman 16:39 / 28.12.2024
Stolüstü tennis üzrə "Top 8" turnirinə yekun vurulub. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Şüa İdman Kompleksi"ndə təşkil olunan ənənəvi yarışda ölkənin ən güclü stolüstü tennisçiləri bacarıqlarını nümayiş etdiriblər.Gərgin və maraqlı yarışın nəticələrinə əsasən, kişilər arasında Onur Quluzadə birinci olub. O, finalda Rüstəm Hacılıya qalib gəlib. Vəzir Allahverdiyev üçüncü yeri tutub. Qadınların turniri Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib. Mərziyyə Nurmətova fəxri kürsunün ikinci, Ləman Abdulhəmidova üçüncü pilləsinə qalxıb. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim olunub.
6879 oxunub

InvestAZ