XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



FIBA Çempionlar Liqasının pley-in görüşü Bakıda keçiriləcək
İdman 15:11 / 28.12.2024

FIBA Çempionlar Liqasının pley-in görüşü Bakıda keçiriləcək.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, FİBA Çempionlar Liqasında yanvarın 7-də Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında ilk pley-in oyunu Bakıda təşkil olunacaq. 

Belə ki, İsrail təmsilçisi məlum səbəbə görə İstanbula gəlmək istəməyib və bu halda görüşün neytral meydanda, Bakı İdman Sarayında keçirilməsi təklifi qarşılıqlı razılıq əsasında qəbul olunub.

Qeyd edək ki, pley-in görüşlərində hesab bərabər olarsa, yanvarın 22-də baş tutacaq 3-cü oyun da məhz Bakıda baş tutacaq.


7067 oxunub

InvestAZ