XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Türkiyəli idman mütəxəssisləri ölkəmizdə səfərdədir
İdman 16:50 / 27.12.2024

"İdman sahəsində mütəxəssis mübadiləsi proqramı" çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Fərid Qayıbov ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.

Qonaqlara idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verilib. Onlar səmimi qəbula görə təşəkkür edib, ölkəmizdə olduqları müddətdə Bakıda fəaliyyət göstərən bir sıra idman qurğuları ilə tanış olduqlarını bildiriblər.

Görüş zamanı iki qardaş ölkə arasında idman sahəsi üzrə ikitərəfli əlaqələr müzakirə olunub, təcrübə mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


6063 oxunub

InvestAZ