XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



“Olimpiya dünyası” qəzeti ilin ən yaxşılarını seçdi
İdman 16:11 / 27.12.2024

"Olimpiya dünyası” qəzeti saytı hər il olduğu kimi 2024-cü ilin idman yekunları ilə bağlı oxucular arasında keçirilən sorğu əsasında müxtəlif nominasiyalar üzrə qalibləri müəyyənləşdirib. Qalibləri təqdim edirik.

İlin idman federasiyası

- Azərbaycan Cüdo Federasiyası

İlin qadınlardan ibarət milli komandası

- Batut gimnastikası üzrə qrup hərəkətləri komandası (Paris-2024 Yay Olimpiya Oyunlarında 5-ci yeri tutub)

İlin kişilərdən ibarət milli komandası

- Cüdo üzrə milli komanda (Paris-2024 Yay Olimpiya Oyunlarında ikinci yeri tutub)

İlin qadın idmançısı

- Mariya Stadnik (Avropa çempionatında 10-cu qızıl medalını qazanıb)

İlin kişi idmançısı

- Hidayət Heydərov (Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının qalibi)

İlin idman xadimi

- Çingiz Hüseynzadə (Milli Olimpiya Komitəsinin vitse-prezidenti)

İlin idman klubu

"Judo Club 2012”

İlin idman cəmiyyəti

- "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi

İlin perspektivli gənc idmançısı
- Fidan Əlizadə (Cüdo üzrə gənclər arasında Avropa çempionu)

İlin legioner idmançısı
- Alfonso Dominqes (Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı)

İlin idman hadisəsi
- Xankəndi – Bakı ultramarafonu

İlin Gənclər və İdman İdarəsi
- Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

İlin futbol komandası
- "Qarabağ” FK

İlin qadın məşqçisi
- Siyana Vasileva (bədii gimnastika, baş məşqçisi olduğu qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarında beşinci yeri tutub)

İlin kişi məşqçisi

- Qurban Qurbanov ("Qarabağ” futbol klubunun baş məşqçisi, rəhbərlik etdiyi komanda Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb, 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlib)

İlin hakimi

- Asif Şirəliyev (güləş)

İlin idman qurğusu
- Milli Gimnastika Arenası

İlin ədalətli oyun mükafatçısı

- Qaşim Maqomedov (taekvondo)

İlin idman müəllimi
- Aydın Kazımbəyov (Azərbaycan Texniki Kollecin idman müəllimi)

İlin idman kanalı

- İdman TV

İlin idman saytı
- olimpnews.az


6203 oxunub

InvestAZ