XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Alfonso Dominqesə Paris-2024-ün gümüş medalı təqdim edildi
İdman 01:33 / 10.08.2024
XXXIII Yay Olimpiya Oyunları çərçivəsində boks yarışlarının son günündə medal qazanan idmançıların mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə ikinci yeri tutan boksçumuz Alfonso Domimqesə (92 kq) Paris-2024-ün gümüş medalı təqdim edilib.
Qeyd edək ki, A.Dominqes 1/8 finalda kubalı ikiqat Olimpiya çempionu Xulio Sesar la Krusa, 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan), yarımfinalda isə Enmanuel Reyes Playa (İspaniya) qalib gəlib.O, finalda özbəkistanlı Lazizbek Mullojonova məğub olaraq Paris-2024-ün gümüş medalına sahib çıxıb.
Alfonso Dominqes bununla daAzərbaycan idman tarixinə iki Olimpiya medalı qazandıran ilk boksçu kimi düşüb.
Buna qədər boks millimizin hesabında 10 medal (2 gümüş və 8 bürünc) yer alır. Tokio-2020-də 81 kq çəkidə bürünc, Paris-2024-də 92 kq çəkidə gümüş qazanan Alfonsodan başqa, 8 boksçumuz fərqlənib. Lorenso Sotomayor (64 kq) Rio-2016-nın gümüş mükafatına yiyələnib. Vüqar Ələkbərov (75 kq) Sidney-2000, Fuad Aslanov (51 kq) və Ağası Məmmədov (54 kq) Afina-2004, Şahin İmranov (57 kq) Pekin-2008, Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) London-2012, Kamran Şahsuvarlı (75 kq) isə Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc medalınasahib çıxıb.
11981 oxunub

InvestAZ